Azərbaycan daha bir ölkəyə fındıq satmağa başlayıb

Biznes
  • 01 avqust, 2025
  • 11:29
Azərbaycan daha bir ölkəyə fındıq satmağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində 9 425 ton meşə fındığı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 22 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 28,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,2 % az) 4 576 ton (-6 %), Almaniyaya 13,5 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 678 ton (+2 dəfə), Türkiyəyə 7,5 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 1 034 ton (+5 dəfə), İtaliyaya 5,5 milyon ABŞ dolları dəyərində (+44 %) 698 ton (+27 %), İsveçrəyə 3,5 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 460 ton (+2,6 dəfə) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük (189,2 min ABŞ dolları dəyərində 22 ton) həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti