Azərbaycan daha bir ölkəyə avtomobil ixrac etməyə başlayıb
- 25 aprel, 2023
- 06:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 12,862 milyon ABŞ dolları dəyərində 169 ədəd minik avtomobili (benzin, dizel, hibrid və tam elektrik mühərrikli) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 100 dəfə, kəmiyyət olaraq – 34 dəfə çoxdur.
Hesabat dövründə Qazaxıstana 9,842 milyon ABŞ dolları dəyərində 135 ədəd (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 1,59 milyon ABŞ dolları dəyərində 17 ədəd (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 746,4 min ABŞ dolları dəyərində 10 ədəd (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 556,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 dəfə çoxdur) 5 ədəd (+5 dəfə), Norveçə 107,8 min ABŞ dolları dəyərində 1 ədəd avtomobil satılıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Norveçə tədarük həyata keçirilib.