Azərbaycan daha bir ölkədən toxumluq kartof tədarük etməyə başlayıb
- 07 avqust, 2023
- 09:38
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-may aylarında Azərbaycana xaricdən 2,8 milyon ABŞ dolları dəyərində 3 min 923 ton toxumluq kartof gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 %, kəmiyyət olaraq – 62 % azdır.
Hesabat dövründə Azərbaycan Niderlanddan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 dəfə çoxdur) 1 min 252 ton (+5,4 dəfə), Türkiyədən 767,2 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 1 min 606 ton (+2,5 dəfə), Almaniyadan 580,3 min ABŞ dolları dəyərində (-39 %) 566 ton (-41,8 %), Ukraynadan 135,2 min ABŞ dolları dəyərində (-74 %) 410 ton (-74 %), Qırğızıstandan 21,7 min ABŞ dolları dəyərində 21,5 ton məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan tədarük həyata keçirilib.