Azərbaycan daha bir ölkədən şokolad idxal etməyə başlayıb
- 26 may, 2023
- 06:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana xaricdən 29,3 milyon ABŞ dolları dəyərində 7 min 858 ton şokolad gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 12,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,3 % çoxdur) 4 min 33 ton (-5,7 %), Türkiyədən 4,3 milyon ABŞ dolları dəyərində (+38 %) 969,4 ton (+25,3 %), Polşadan 2,9 milyon ABŞ dolları dəyərində (+21 dəfə) 456,65 ton (+18 dəfə), Ukraynadan 2,4 milyon ABŞ dolları dəyərində (-3,5 %) 733,1 ton (+2,4 %), Niderlanddan 2,2 milyon ABŞ dolları dəyərində (+224 dəfə) 431,5 ton (+175 dəfə) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan (5,6 min ABŞ dolları dəyərində 2,1 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilən 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.