Azərbaycan daha bir ölkədən qızılbalıq tədarük etməyə başlayıb
- 10 iyul, 2023
- 07:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 1,7 milyon ABŞ dolları dəyərində 207,3 ton qızılbalıq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq - 44 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çilidən 663 min ABŞ dolları dəyərində 97,1 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynadan 410 min ABŞ dolları dəyərində (+6,5 dəfə) 31,5 ton (+6,4 dəfə), Norveçdən 333 min ABŞ dolları dəyərində (-41,3 %) 65 ton (-36 %), Lüksemburqdan 165 min ABŞ dolları dəyərində (-15 %) 7,65 ton (-29 %), Birləşmiş Ərəb Əmirliklərindən 27,9min ABŞ dolları dəyərində 2,16 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan (0,4 min ABŞ dolları dəyərindən 0,02 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (20 ölkədən) idxal edilmiş 786 ton qızılbalığın 48,4 %-i Çilinin, 20,9 %-i Norveçin, 13,1 %-i Ukraynanın payına düşüb.