Azərbaycan daha bir ölkədən kərə yağı almağa başlayıb

Biznes
  • 06 avqust, 2025
  • 16:40
Azərbaycan daha bir ölkədən kərə yağı almağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 63,5 milyon ABŞ dolları dəyərində 8 896 ton kərə yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çoxdur, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 21,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % az) 3 502 ton (-41 %), Yeni Zelandiyadan 15,4 milyon ABŞ dolları dəyərində (-8 %) 2 070 ton (-24 %), Səudiyyə Ərəbistanından 5,9 milyon ABŞ dolları dəyərində 708 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynadan 5,2 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 680 ton (+2,4 dəfə), Belarusdan 4,5 milyon ABŞ dolları dəyərində (+34 %) 568 ton (+4 %) kərə yağı alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük (116 min ABŞ dolları dəyərində 20 ton) həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti