Azərbaycan daha bir ölkədən ekskavator idxal etməyə başlayıb

Biznes
  • 14 yanvar, 2025
  • 10:12
Azərbaycan daha bir ölkədən ekskavator idxal etməyə başlayıb

2024-cü ilin ilin yanvar-oktyabr aylarında Azərbaycan 58,7 milyon ABŞ dolları dəyərində 675 ədəd ekskavator idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,3 %, kəmiyyət olaraq – 21 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 33,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 % çoxdur) 417 ədəd (+24 %), Cənubi Koreyadan 12,3 milyon ABŞ dolları dəyərində (+92 %) 132 ədəd (+2,1 dəfə), Türkiyədən 4,35 milyon ABŞ dolları dəyərində (-21 %) 35 ədəd (-15 %), Hindistandan 3,2 milyon ABŞ dolları dəyərində (-28 %) 40 ədəd (-23 %), Böyük Britaniyadan 743 min ABŞ dolları dəyərində (-74 %) 12 ədəd (-61 %) ekskavator alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan (26 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 18 ölkədən idxal edilmiş 718 ədəd ekskavatorun 65 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti