Azərbaycan daha bir ölkədən bijuteriya idxal etməyə başlayıb

Biznes
  • 13 sentyabr, 2022
  • 08:30
Azərbaycan daha bir ölkədən bijuteriya idxal etməyə başlayıb

2022-ci ilin I yarısında Azərbaycana 905,54 min ABŞ dolları dəyərində 58 min 345 kiloqram bijuteriya idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 82 %, kəmiyyət olaraq – 95,2 % çoxdur.

Hesabat dövründə Çindən 477,67 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 34 min 119 kiloqram (+2,1 dəfə), Türkiyədən 198,83 min ABŞ dolları dəyərində (+53 %) 22 min 884 kiloqram (+78,3 %), İtaliyadan 73,26 min ABŞ dolları dəyərində (+38 %) 72,65 kiloqram (+62 %), Tailanddan 70,24 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 134,86 kiloqram (+2 dəfə), Hindistandan 17,51 min ABŞ dolları dəyərində (+4,8 dəfə) 512,11 kiloqram (+5,2 dəfə) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Nepaldan tədarük həyata keçirilib. Həmin ölkədən 0,72 min ABŞ dolları dəyərində 9 kiloqram bijuteriya alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti