Azərbaycan Çindən yaşıl çay idxalını 115 dəfə artırıb

Biznes
  • 29 aprel, 2024
  • 09:55
Azərbaycan Çindən yaşıl çay idxalını 115 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 289 min ABŞ dolları dəyərində 49 ton yaşıl çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

Azərbaycan Rusiyadan 133 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 17 ton (+3,4 dəfə), Çindən 62 min ABŞ dolları dəyərində (+14 dəfə) 23 ton (+115 dəfə), Türkiyədən 32 min ABŞ dolları dəyərində (+62 %) 2,4 ton (+61 %), Şri-Lankadan 21 min ABŞ dolları dəyərində (+45 dəfə) 1,7 ton (+58 dəfə), İrandan 19,4 min ABŞ dolları dəyərində (-25 %) 2,8 ton (-31 %) yaşıl çay alıb.

2023-cü ildə Azərbaycana 24 ölkədən idxal edilmiş 188 ton yaşıl çayın 49 %-i Çinin, 25,5 %-i Rusiyanın payına düşüb.