Azərbaycan Çindən orqanik gübrə idxalını bərpa edib

Biznes
  • 28 aprel, 2023
  • 11:24
Azərbaycan Çindən orqanik gübrə idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 295,3 min ABŞ dolları dəyərində 96,01 ton heyvan və bitki mənşəli gübrə gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 % azdır, kəmiyyət olaraq – 5,5 % çoxdur.

İtaliyadan 182 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 16,6 ton (-32 %), Türkiyədən 94,6 min ABŞ dolları dəyərində (+10,5 %) 65,35 ton (+4,6 %), Çindən 16,5 min ABŞ dolları dəyərində 13 ton və Litvadan 2,7 min ABŞ dolları dəyərində 1,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.

Azərbaycan 2 ilin tamamında Çindən orqanik gübrələrin idxalını bərpa edib.

Hesabat dövründə Azərbaycandan xaricə (bir il əvvəl də olduğu kimi ancaq Gürcüstana) 165,7 min ABŞ dolları dəyərində (+30 %) 858,75 ton (+28 %) heyvan və bitki mənşəli gübrə göndərilib.