Azərbaycan Çindən avtobus alışını kəskin artırıb

Biznes
  • 13 yanvar, 2025
  • 09:35
Azərbaycan Çindən avtobus alışını kəskin artırıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 45,6 milyon ABŞ dolları dəyərində 288 ədəd avtobus idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 35,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 dəfə çoxdur) 145 ədəd (+18 dəfə), Cənubi Koreyadan 4 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 78 ədəd (+5 dəfə), Almaniyadan 2,8 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 43 ədəd (+65 %), Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (-19 %) 15 ədəd (-56 %), İspaniyadan 1,3 milyon ABŞ dolları dəyərində (+23 dəfə) 6 ədəd (+6 dəfə) avtobus alıb.

2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 163 ədəd avtobusun 33,7 %-i Almaniyanın, 32 %-i Cənubi Koreyanın payına düşüb.