Azərbaycan Braziliyadan qəhvə alışını kəskin artırıb

Biznes
  • 25 iyul, 2023
  • 12:45
Azərbaycan Braziliyadan qəhvə alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 1,85 milyon ABŞ dolları dəyərində 200 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 70 %, kəmiyyət olaraq – 69 % çoxdur.

Hesabat dövründə Azərbaycana İtaliyadan 572 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 41,5 ton (+35 %), Braziliyadan 373 min ABŞ dolları dəyərində (+5 dəfə) 71 ton (+6 dəfə), Türkiyədən 319 min ABŞ dolları dəyərində (+66 %) 36 ton (+33 %), Niderlanddan 102,2 min ABŞ dolları dəyərində (+89 %) 9 ton (+2 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 91 min ABŞ dolları dəyərində (+60 %) 5,7 ton (+44 %) məhsul gətirilib.

2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilmiş 405 ton qəhvənin 24,7 %-i İtaliyanın, 23 %-i Türkiyənin, 18 %-i Braziliyanın payına düşüb.

44 - Tezliklə