Azərbaycan Braziliyadan pestisid tədarük etməyə başlayıb
- 17 dekabr, 2024
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 49 milyon ABŞ dolları dəyərində 7 min 636 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % azdır, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 26,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 4 min ton (+6 %), Rusiyadan 5,8 milyon ABŞ dolları dəyərində (+27 %) 900 ton (+37 %), Çindən 4,8 milyon ABŞ dolları dəyərində (-10 %) 863 ton (+5 %), Almaniyadan 2,7 milyon ABŞ dolları dəyərində (-28 %) 418 ton (+29 %), İordaniyadan 1,3 milyon ABŞ dolları dəyərində (+32 %) 117 ton (+98 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyadan (99 min ABŞ dolları dəyərində 0,2 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 41 ölkədən idxal edilmiş 8 min 233 ton pestisidin 55,1 %-i Türkiyənin payına düşüb.