Azərbaycan Bolqarıstana sürtkü yağlarının ixracını 11 dəfə artırıb

Biznes
  • 18 may, 2024
  • 06:08
Azərbaycan Bolqarıstana sürtkü yağlarının ixracını 11 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 12,9 milyon ABŞ dolları dəyərində 11 min 423 ton sürtkü yağları ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,4 %, kəmiyyət olaraq – 6,1 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 3,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 91 % çoxdur) 3 min 839 ton (+2,3 dəfə), İraqa 1,92 milyon ABŞ dolları dəyərində (+59 %) 1 min 365 ton (+49 %), Bolqarıstana 1,57 milyon ABŞ dolları dəyərində (+10,4 dəfə) 1 min 611 ton (+11,3 dəfə), Gürcüstana 1,53 milyon ABŞ dolları dəyərində (-49 %) 1 min 514 ton (-60 %), Livana 609 min ABŞ dolları dəyərində (+5 dəfə) 534 ton (+8 dəfə) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 42 ölkəyə ixrac edilmiş 46 min ton sürtkü yağlarının 21,3 %-i Ukraynanın, 19 %-i Türkiyənin, 16,5 %-i Gürcüstanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti