Azərbaycan Argentinadan baytarlıq vaksini idxal etməyə başlayıb

Biznes
  • 17 dekabr, 2024
  • 12:13
Azərbaycan Argentinadan baytarlıq vaksini idxal etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 11,7 milyon ABŞ dolları dəyərində 93,2 ton baytarlıq vaksini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Hesabat dövründə Macarıstandan 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % artıb) 2,2 ton (-24 %), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 23,8 ton (+4 dəfə), Niderlanddan 1,2 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 3,5 ton (+4 dəfə), İspaniyadan 811 min ABŞ dolları dəyərində (+2 dəfə) 2,2 ton (+12 %), İsraildən 624 min ABŞ dolları dəyərində (+49 %) 8,3 ton (+2 dəfə) məhsul gətirilib.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinadan (79,6 min ABŞ dolları dəyərində 0,8 ton) tədarük həyata keçirilib.