Azərbaycan Argentina və Uruqvaydan nərə balığı idxalını bərpa edib

Biznes
  • 07 avqust, 2023
  • 08:01
Azərbaycan Argentina və Uruqvaydan nərə balığı idxalını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 1,413 milyon ABŞ dolları dəyərində 802,58 ton nərə balığı (dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40,3 %, kəmiyyət olaraq – 35 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 621,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % çoxdur) 580,35 ton (+53 %), Polşadan 238 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 68,14 ton (+5,2 dəfə), İtaliyadan 153 min ABŞ dolları dəyərində (+7,7 %) 20 ton (-17 %), Çindən 120 min ABŞ dolları dəyərində 28 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 88 min ABŞ dolları dəyərində (-60 %) 46 ton (-69 %) məhsul alıb.

Yeddi il 5 aylıq fasilənin ardından Argentinadan (5,7 min ABŞ dolları dəyərində 2,6 ton), 6 il 2 aylıq aradan sonra Uruqvaydan (1,1 min ABŞ dolları dəyərində 0,49 ton) tədarük bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti