Azərbaycan Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin tədbirində təmsil olunub

Azərbaycan Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin tədbirində təmsil olunub İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Perunun paytaxtı Limada bu ölkənin Milli Gömrük və Vergi İdarəsinin təşkilatçılığı ilə keçirilmiş Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CİAT) “Yayınma və sui-istifadəyə qarşı ümumi qaydalar”
Biznes
23 Oktyabr , 2024 09:17
Azərbaycan Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin tədbirində təmsil olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Perunun paytaxtı Limada bu ölkənin Milli Gömrük və Vergi İdarəsinin təşkilatçılığı ilə keçirilmiş Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CİAT) “Yayınma və sui-istifadəyə qarşı ümumi qaydalar” (GAAR) mövzusunda Texniki Konfransında təmsil olunub.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, tədbirə Mərkəzə 48 üzv və qeyri-üzv ölkələrdən nümayəndələr, həmçinin bir sıra təşkilatların təmsilçiləri qatılıb. Konfransda Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Sərxan Həşimov və Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Emil Həsənov iştirak ediblər. Tədbirdə GAAR-ın hüquqi aspektləri, effektiv tətbiqi üçün prosedurların hazırlanması və tətbiqi zamanı yaranan məsələlərlə bağlı təqdimatlar dinlənilib.

Konfrans çərçivəsində CİAT və DVX nümayəndələri arasında keçirilmiş görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi