Azərbaycan Almaniyadan şveller alışını kəskin artırıb

Biznes
  • 27 iyul, 2023
  • 13:30
Azərbaycan Almaniyadan şveller alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 2,652 milyon ABŞ dolları dəyərində 3 min 295 ton şveller idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 54 % çoxdur.

Hesabat dövründə Azərbaycana İrandan 1,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 2 min 79 ton (+2,5 dəfə), Rusiyadan 907 min ABŞ dolları dəyərində (+12,3 %) 1 min 34 ton (+32 %), Türkiyədən 170 min ABŞ dolları dəyərində (-55 %) 164 ton (-47 %), Almaniyadan 25,1 min ABŞ dolları dəyərində (+9 dəfə) 4,6 ton (+4,1 dəfə), İspaniyadan 17,13 min ABŞ dolları dəyərində 6,97 ton (bir il əvvəl tədarük olmayıb) məmulat gətirilib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 5 min 605 ton şvellerin 54,8 %-i İranın, 28,4 %-i Rusiyanın payına düşüb.

44 filmi