Azərbaycan Almaniyadan peçenye alışını 50 dəfəyə yaxın artırıb
- 03 may, 2023
- 13:00
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 6,27 milyon ABŞ dolları dəyərində 2 min 681 ton şirin quru peçenye gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 % çoxdur, kəmiyyət olaraq – 0,7 % azdır.
Hesabat dövründə Türkiyədən 2,18 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 % çoxdur) 682 ton (-17 %), Rusiyadan 958,3 min ABŞ dolları dəyərində (+12 %) 412 ton (-4 %), İrandan 833 min ABŞ dolları dəyərində (-11,4 %) 1 min 28 ton (-11,5 %), Almaniyadan 551 min ABŞ dolları dəyərində (+34,4 dəfə) 103,5 ton (+47 dəfə), Çexiyadan 422 min ABŞ dolları dəyərində (+97 dəfə) 90,2 ton (+82 dəfə) məhsul alınıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilən 34,531 milyon ABŞ dolları dəyərində peçenyenin 39,5 %-i Türkiyənin, 23,1 %-i Rusiyanın, 16,5 %-i İranın payına düşüb.