Azərbaycan Almaniyadan orqanik gübrə idxalını kəskin artırıb
- 07 avqust, 2023
- 06:52
Bu ilin yanvar-may aylarında Azərbaycana 1,6 milyon ABŞ dolları dəyərində 642 ton heyvan və bitki mənşəli gübrə gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 87 %, kəmiyyət olaraq – 49 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,5 dəfə çoxdur) 576,1 ton (+77,2 %), İtaliyadan 268 min ABŞ dolları dəyərində (-4,3 %) 44,8 ton (+80 %), Çindən 16,5 min ABŞ dolları dəyərində 13 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 15 min ABŞ dolları dəyərində (+36 dəfə) 1 ton (+14 dəfə), Cənubi Afrikadan 7,1 min ABŞ dolları dəyərində (-36 %) 1,7 ton (-32 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 1 min 147 ton orqanik gübrənin 80 %-i Türkiyənin payına düşüb.