Azərbaycan Almaniya və Yaponiyadan alışdırma şamları idxalını kəskin artırıb

Biznes
  • 10 avqust, 2023
  • 09:20
Azərbaycan Almaniya və Yaponiyadan alışdırma şamları idxalını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 1,662 milyon ABŞ dolları dəyərində 1 milyon 6 min 708 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamları idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,6 %, kəmiyyət olaraq – 8,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 488,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56,4 % çoxdur) 704 min 345 ədəd (+24 %), Yaponiyadan 316,53 min ABŞ dolları dəyərində (+19 dəfə) 52 min 133 ədəd (+5 dəfə), Almaniyadan 216,2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 65 min 587 ədəd (+5,6 dəfə), Koreyadan 213 min ABŞ dolları dəyərində (+37 %) 72 min 262 ədəd (+20,3 %), Amerika Birləşmiş Ştatlarından 173 min ABŞ dolları dəyərində (-14 %) 6 min 970 ədəd (+4,5 dəfə) məhsul alıb.

2022-ci ildə Azərbaycana xaricdən (30 ölkədən) gətirilmiş 1 milyon 749 min 834 ədəd alışdırma şamlarının 55 %-i Çinin, 21,4 %-i Yaponiyanın payına düşüb.

44 filmi