Azərbaycan Almaniya və ABŞ-dan elektromobil alışını kəskin artırıb
- 01 avqust, 2023
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 34,383 milyon ABŞ dolları dəyərində 812 ədəd elektromobil gətirilib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9,2 dəfə, kəmiyyət olaraq – 6,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 23,655 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 dəfə çoxdur) 651 ədəd (+19 dəfə), Almaniyadan 8,2 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 85 ədəd (+8,5 dəfə), Amerika Birləşmiş Ştatlarından 1,421 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 42 ədəd (+2,3 dəfə), Belçikadan 335 min ABŞ dolları dəyərində (-14 %) 5 ədəd (-16,7 %), Koreya Respublikasından 283 min ABŞ dolları dəyərində 7 ədəd (bir il əvvəl tədarük olmayıb) avtomobil alıb.
2022-ci ildə Azərbaycana xaricdən (14 ölkədən) gətirilmiş 486 ədəd elektromobilin 61 %-i Çinin payına düşüb.