Azərbaycan ABŞ şirkəti ilə perspektiv layihələr barədə müzakirələr aparıb
Azərbaycan ABŞ şirkəti ilə perspektiv layihələr barədə müzakirələr aparıbAzərbaycanla ABŞ-ın "Coca-Cola" şirkəti arasında perspektiv layihələr barədə müzakirələr aparılıb.
Azərbaycanla ABŞ-ın "Coca-Cola" şirkəti arasında perspektiv layihələr barədə müzakirələr aparılıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində "Coca-Cola" şirkətinin beynəlxalq inkişaf üzrə prezidenti Enrike Braun ilə görüşdə sərmayələrin təşviqi üçün ölkəmizin əlverişli iqtisadi mühitinin və xarici investorlar üçün yaradılmış imkanların əhəmiyyətini vurğuladıq. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələrin icrası, investisiya əməkdaşlığının şaxələndirilməsi potensialı və perspektiv layihələr barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində "Coca-Cola" (@CocaColaCo) şirkətinin beynəlxalq inkişaf üzrə prezidenti Enrike Braun ilə görüşdə sərmayələrin təşviqi üçün ölkəmizin əlverişli #iqtisadi mühitinin və xarici investorlar üçün yaradılmış imkanların əhəmiyyətini vurğuladıq.…