Azərbaycan 4 ölkə ilə gömrük sahəsində elektron məlumat mübadiləsini müzakirə edib

Azərbaycan 4 ölkə ilə gömrük sahəsində elektron məlumat mübadiləsini müzakirə edib Dövlət Gömrük Komitəsi (DGK) Səudiyyə Ərəbistanı, BƏƏ, İspaniya və Portuqaliya ilə gömrük işi sahəsində təcrübə mübadiləsi, əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.
Biznes
9 Fevral , 2023 13:24
Azərbaycan 4 ölkə ilə gömrük sahəsində elektron məlumat mübadiləsini müzakirə edib

Dövlət Gömrük Komitəsi (DGK) Səudiyyə Ərəbistanı, BƏƏ, İspaniya və Portuqaliya ilə gömrük işi sahəsində təcrübə mübadiləsi, əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

"Report" Komitəyə istinadən xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində baş tutan beynəlxalq “Zəkat, Vergi və Gömrük Konfransı” çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük İdarəsinin rəhbəri Suhail bin Muhammad Abanmi, Birləşmiş Ərəb Əmirliklərinin Federal Gömrük İdarəsinin baş direktoru Əhməd Bin Ləhəc Əl Fəlasi, İspaniya Gömrük və Aksiz İdarəsinin direktoru xanım Pilar Jurado Borrego, Portuqaliya Vergi və Gömrük İdarəsinin baş direktoru xanım Helena Maria Jose Alves Borges ilə keçirilən görüşlərdə ölkələrimizin gömrük xidmətləri arasında mövcud əlaqələrin perspektivlərindən bəhs edilib.

Həmçinin gömrük əməkdaşları üçün təlimlərin keçirilməsi, gömrük sahəsində qarşıya çıxacaq məsələlərin operativ həlli, elektron məlumat və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi