Azərbaycan 4 Avropa ölkəsinə dəmir və polad çubuq ixracına başlayıb
- 22 fevral, 2023
- 09:32
Ötən il ərzində Azərbaycana 56,532 milyon ABŞ dolları dəyərində 71 min 502 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuq idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstərici ilə müqayisədə dəyər ifadəsində 10,1 %, kəmiyyət olaraq – 4,4 % çoxdur.
Azərbaycan Rusiyadan 36,52 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 48 min 366 ton (+14 %), İrandan 11,6 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 14 min 714 ton (+2,5 dəfə), Türkiyədən 3,52 milyon ABŞ dolları dəyərində (-26 %) 2 min 533 ton (-46 %), Gürcüstandan 2,233 milyon ABŞ dolları dəyərində (-29 %) 2 min 614 ton (-39 %), Belarusdan 1,2 milyon ABŞ dolları dəyərində (+24 dəfə) 1 min 854 ton (+27 dəfə) məmulat gətirib.
Hesabat dövründə Azərbaycandan 50 milyon ABŞ dolları dəyərində (+46,4 %) 70 min ton (+42 %) dəmirdən və ya aşqarlanmamış poladdan çubuq ixrac edilib.
Azərbaycan Gürcüstana 49,373 milyon ABŞ dolları dəyərində (+55,6 %) 69 min ton (+51 %), Latviyaya 150 min ABŞ dolları dəyərində 195 ton, Polşaya 148 min ABŞ dolları dəyərində 219 ton, Estoniyaya 129 min ABŞ dolları dəyərində 136 ton, Bolqarıstana 103 min ABŞ dolları dəyərində 120 ton material satıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya, Polşaya, Estoniyaya və Bolqarıstana tədarük həyata keçirilib.