Azərbaycan 3 ölkədən portağal idxalını bərpa edib  

Biznes
  • 04 mart, 2024
  • 11:41
Azərbaycan 3 ölkədən portağal idxalını bərpa edib   

2023-cü ildə Azərbaycan 14 milyon ABŞ dolları dəyərində 19 min 627 ton portağal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 0,3 % azdır, kəmiyyət olaraq – 0,01 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 9,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 13 min 603 ton (+17 %), Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (-21 %) 3 min 697 ton (-23 %), Cənubi Afrikadan (CAR) 977 min ABŞ dolları dəyərində (-56 %) 1 min 207 ton (-55 %), Misirdən 877 min ABŞ dolları dəyərində (+71 %) 1 min ton (+72 %), Pakistandan 18 min ABŞ dolları dəyərində 22 ton məhsul alıb.

Azərbaycan 6 il 8 ayın tamamında İtaliyadan (0,2 min ABŞ dolları dəyərində 0,2 ton), 4 il 9 aylıq aradan sonra Çindən (2,7 min ABŞ dolları dəyərində 0,5 ton) və 7 il 2 aylıq aradan sonra Pakistandan tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 19,6 min ton portağalın 59,5 %-i İranın, 24,4 %-i Türkiyəni payına düşüb.