Azərbaycan 2 ölkədən kakao tədarük etməyə başlayıb
- 28 mart, 2024
- 13:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 3 milyon ABŞ dolları dəyərində 750 ton kakao tozu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 32 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 384 ton (-46 %), Niderlanddan 404 min ABŞ dolları dəyərində (+39 %) 100,5 ton (+25 %), Rusiyadan 190 min ABŞ dolları dəyərində (-45 %) 60 ton (-42 %), Kot-d'İvuardan 168 min ABŞ dolları dəyərində (-45 %) 43,2 ton (-53 %), İndoneziyadan 131 min ABŞ dolları dəyərində (+4,2 dəfə) 60 ton (+3,3 dəfə) kakao tozu alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarından (3,9 min ABŞ dolları dəyərində 0,1 ton) və Yunanıstandan (0,3 min ABŞ dolları dəyərində 0,03 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 23 ölkədən idxal edilmiş 1 min 105 ton kakao tozunun 63,9 %-i Türkiyənin payına düşüb.