Azərbaycan 11 ayda Cənub-Şərqi Anadoludan 68 milyon dollarlıq mal idxal edib
- 09 dekabr, 2023
- 05:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 68,047 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2 % azdır.
Hesabat dövründə bölgədən ümumilikdə 10 milyard 677,139 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 5 % azdır.
11 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (4 milyard 464 milyon ABŞ dolları; 7 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 milyard 698,2 milyon ABŞ dolları; 7 % az) və Afrika qitəsi ölkələri (1 milyard 485,1 milyon ABŞ dolları; 7 % az) izləyib.