Auditorlar Palatası daxili auditorların hazırlanmasına başlayıb

Auditorlar Palatası daxili auditorların hazırlanmasına başlayıb Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulub
Biznes
17 Avqust , 2021 16:55
Auditorlar Palatası daxili auditorların hazırlanmasına başlayıb

İdarəetmənin yeni dövrün çağırışlarına cavab verən mütərəqqi forması olan Publik hüquqi şəxslərin yaradılması ölkəmizdə geniş vüsət almaqdadır. Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb

Bildirilir ki, daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına təlabatın artmasını nəzərə alaraq Auditorlar Palatası ilə əməkdaşlıq edən beynəlxalq CIA, CFE sertifikatlara malik Müslüm Rüstəmov tərəfindən “Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” ixtisası üzrə kadrlarının hazırlanmasına başlanılıb.

Təlim ödənişlidir.

Təlimdə iştirak etmək istəyən şəxslər Auditorlar Palatasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Publik hüquqi şəxsin göndərişi və ya təlimdə iştirak etmək üçün müəyyən olunmuş formada ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti.

Təlimin başlama tarixi: 1 oktyabr 2021-ci il.
Təlimin müddəti: 24 saat.
Həftədə: 2 gün.
Dərs müddəti: 2 saat.
Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva.
E-mail: [email protected].
Ünvan: S.Y. Bakuvi küçəsi, 35
Əlaqə telefonları: (012) 465-21-75; Mob-Whatsapp: 055 866 44 29

Son xəbərlər

Orphus sistemi