“AirBnb” işçilərinin 25%-ni ixtisar edəcək

Biznes
  • 06 may, 2020
  • 00:33
“AirBnb” işçilərinin 25%-ni ixtisar edəcək

Dünyada fərdi evlərin kirayəsi ilə bağlı xidmət göstərən aparıcı şirkət - “AirBnb” bu il gəlirlərinin iki dəfə azalacağını proqnozlaşdırdığı üçün işçilərinin 25% -ni ixtisar etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetinə “AirBnb”nin icraçı direktoru Brayan Çeski məlumat verib.

“AirBnb” koronavirusun yaratdığı iqtisadi çətinliklər səbəbindən bu ilki gəlirin ötən ilə nisbətən iki dəfə azalacağından ehtiyat edir. Odur ki, şirkət bu proqnozlara əsaslanaraq 1,9 min işçisini (işçilərin sayının 25%) ixtisara salmaq qərarına gəlib.