Hədəflərimiz inteqrasiya olunmuş logistika məhsullarının inkişafı, yeni müştərilər və karqo həcmləri axtarışı, TITR tərəfindən konteyner daşımalarının təşkili və monitorinqi, eləcə də Orta Dəhlizin və xarici tərəfdaşlarla əlaqələrin təşviqinə yönəlib.
“Report” xəbər verir ki, bunu “Railfreight” media portalına müsahibəsində “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov deyib.
"Bu mənada, hazırda şirkətlərin iş üsulu kifayət qədər səmərəlidir", - N. Cəfərov bildirib.
Onun sözlərinə görə, bazarın inhisarsız inkişafını təmin etmək və daha çox böyüməsi üçün investisiya cəlb etmək dəyərli olardı: "Nəticə etibarı ilə birgə müəssisə, iştirakçı tərəflər lazımi tədbirləri aldığı və koordinasiya etdiyi üçün ümumilikdə dəhlizə heç bir əlavə dəyər gətirməyəcək”.
Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu administrasiyaları tərəfindən yaradılmış və “ADY Container”, “KTZ express” və “GR logistics” törəmə şirkətlərindən ibarət Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumu (ITTC) tərəfindən idarə olunur.
Bu gün ITTC vahid qiymət və standart istismar planı, vaqon platformaları və terminalları ilə marşrut üzrə dəmir yolu və dəniz operatorlarının fəaliyyətini koordinasiya etmək də daxil olmaqla vahid marşrut operatoru kimi çıxış edir.
“Türkiyənin “Pasifik Eurasia” şirkəti, ITTC-yə Bakı-Tbilisi-Qars xəttinin keçidi üzrə məsul operator kimi, Rumıniyanın “Grampet” şirkəti isə Konstansadan Avropaya doğru operator kimi Konsorsiuma qoşulub", - N. Cəfərov qeyd edib.
O, bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının Ankarada keçirilən son toplantısında, tərəfdaşlar üzv ölkələr arasında yükdaşımaların standart tarifinin, dəhliz boyu nəqliyyatın artımını saxlamaq üçün əhəmiyyətli olduğu vurğulanıb: "Həmçinin, yük qatarlarının keçidini asanlaşdırmaq üçün Avtomatlaşdırılmış İnteqrasiya Sisteminin tətbiqi də zəruri hesab edilib".