​Üçüncü yer uğrunda döyüşdə məğlub olan taekvondoçu: "Məşqçinin dediyinə əməl etmədim"

​Üçüncü yer uğrunda döyüşdə məğlub olan taekvondoçu: "Məşqçinin dediyinə əməl etmədim" Məhəmməd Məhəmmədov belçikalı Ketbi Si Məhəmmədə 5:4 hesabı ilə məğlub olub
Avropa Oyunları
16 İyun , 2015 23:04
​Üçüncü yer uğrunda döyüşdə məğlub olan taekvondoçu: Məşqçinin dediyinə əməl etmədim

Bakı. 16 İyun. REPORT.AZ/ "Döyüşü uduzmağıma görə çox məyusam. Belçikalı idmançı mənim dostum idi. Onunla çox yaxşı münasibətim var. Amma burada uduzmaq adama pis təsir edir".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında taekvondo üzrə 58 kq. çəkidə Azərbaycanı təmsil edən Məhəmməd Məmmədov bildirib.

Bürünc medal uğrunda yarışda məğlubiyyətdən təəssüflənən idmançı gələcəkdə Azərbaycan bayrağını öz uğuru ilə zirvələrə qaldıracağını bildirib.

"Uduzmağıma səbəb yorulmağım deyildi. Baş məşqçi mənə göstərişlər verirdi. O mənə "sol"u dəyişməməyi deyirdi, ancaq mən onun dediyinə əməl etmədim. Demək olar ki, bəxtim gətirmədi", - deyə o bildirib.

Gənc döyüşçü Avropa Oyunlarının təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. O verdikləri dəstəyə görə azərkeşlərə öz minnətdarlığını bildirib və qarşıdakı hədəfinin Olimpiya Oyunları olduğunu qeyd edib.

Qeyd edək ki, Məhəmməd Məhəmmədov üçüncü yer uğrunda döyüşdə belçikalı Ketbi Si Məhəmmədə 5:4 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi