Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün “Tour d Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin, “
Təşkilat Komitəsinin sədri, AVİF-in vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, ümummilli lider
S.Ələkbərov qeyd edib ki, bu mərhələlərdən üçü dəyişilməz qalıb. Turun 4-cü və 5-ci mərhələlərinin marşrutları isə dəyişdirilib ki, bu da iyunda təşkil olunacaq Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Oyunlara 1 ay qalmış dünya idman ictimaiyyətinin diqqətini kayak və kanoe üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərinə də cəlb etmək və Avropa Oyunları zamanı Bakıda nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məqsədilə veloturun 5-ci, Bakı mərhələsinin də marşrutu Oyunların Təşkilat Komitəsinin xahişinə uyğun olaraq müəyyən edilib.
Federasiya rəsmisinin sözlərinə görə, “Tour d Azerbaidjan” yarışında 24 ölkədən 25 kollektivin iştirakı təqdiqlənib ki, onlardan da 4-ü pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Federasiya rəsmisi “Eurosport” kanalı tərəfindən 3, “İdman Azərbaycan” kanalı vasitəsilə 5 mərhələsi canlı yayımlanacaq velotur vasitəsilə Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunun bütün dünyaya nümayiş etdiriləcəyini də vurğulayıb.
İclasda “Tour d Azerbaidjan”ın təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. Toplantıda Prezident Administrasiyasının Humanitar-Siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarov da iştirak edib.
Qeyd edək ki, “Tour d Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplaya biləcəklər.