Yuxarı
    Bağlamaq

    Azərbaycan millisi su polosu üzrə kişilərin mübarizəsində Almaniyaya məğlub olub

    Sabah millimiz saat 12:15-də 13-16-cı yerlər uğrunda Malta komandası ilə qarşılaşacaq

    Bakı. 15 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında su polosu üzrə kişilərin mübarizəsində Azərbaycan yığması Almaniya komandasına 7:17 hesabı ilə məğlub olub. Bununla da Azərbaycan millisi qrupda sonuncu yeri tutub. Yığmamız iyunun 16-da saat 12:15-də 13-16-cı yerlər uğrunda Malta komandası ilə qarşılaşacaq. 

    18:57

    Bakı. 15 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında su polosu üzrə oyunlar davam edir. "Report" xəbər verir ki, B qrupunda yarışan Azərbaycan millisi son turda Almaniya yığma komandası ilə qarşılaşır. Oyun saat 18:45-də Bakı Su polosu Arenasında başlayıb. 

    Qeyd edək ki, Azərbaycan millisi ilk turda Rumıniya yığma komandası ilə qarşılaşmada 6:9 hesablı məğlubiyyətlə ayrılıb. Millimiz ikinci turda isə Macarıstan komandasına 3:23 hesabı ilə məğlub olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi