SOCAR prezidenti "Bakı 2015"də yüksək nəticələr göstərən “Neftçi” İdman Klubunun heyəti ilə görüşüb

SOCAR prezidenti "Bakı 2015"də yüksək nəticələr göstərən “Neftçi” İdman Klubunun heyəti ilə görüşüb "Neftçi” İdman Klubunun 79 idmançısı I Avropa Oyunlarında iştirak edib, 6 qızıl, 5 gümüş, 5 bürünc medal əldə olunub
Avropa Oyunları
14 İyul , 2015 13:14
SOCAR prezidenti Bakı 2015də yüksək nəticələr göstərən “Neftçi” İdman Klubunun heyəti ilə görüşüb

Bakı. 14 iyul. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunlarında yüksək nəticələr göstərən “Neftçi” İdman Klubunun idmançı və məşqçiləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) görüş keçirilib. “Report”un məlumatına görə, qonaqları salamlayan SOCAR prezidenti Rövnəq Abdullayev Avropa Oyunları zamanı tarixi günlər yaşadıqlarını bildirib.

O deyib ki, yarışın yüksək təşkilatçılığını Bakıya gələn bir çox böyük şirkətlərin rəhbərləri də qeyd ediblər. R.Abdullayevin sözlərinə görə, bütün işlər ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının birgə əməyi nəticəsində ərsəyə gəlib.

O, SOCAR-ın “Bakı 2015”dəki rolundan da danışaraq, bildirib ki, 68 min nəfərlik Bakı Olimpiya Stadionunu 2 il 4 ay ərzində ərsəyə gətiriblər: “Fəxr edirik ki, bu işdə bizim də əməyimiz olub. Bununla yanaşı, “Neftçi” İdman Klubunun 79 idmançısı “Bakı 2015”də iştirak edib, 6 qızıl, 5 gümüş, 5 bürünc medal əldə olunub".

Onun sözlərinə görə, iştirakla yanaşı, yüksək nəticələr də vacibdir. Bu baxımdan uğurlarınızı yüksək qiymətləndiririk. Sağ əliniz futbolçularımızın da başına. Yəqin ki, futbolçularımız da bu uğurları göstərəcəklər”.

Çıxış edən idmançılar və məşqçilər onlara göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildiriblər. R.Abdullayev isə ən böyük təşəkkürün ölkə prezidentinə ünvanlanmalı olduğunu bildirərək, nailiyyətləri gələcək yarışlarda, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında davam etdirməyi istəyib.

Sonda qaliblərə hədiyyələr və hesablarına pul mükafatları köçürüldüyü elan olunub.

"Neftçi"nin sədri Sadıq Sadıqov isə SOCAR prezidentinə "Bakı 2015"dən bəhs edən xatirə hədiyyyəsi təqdim edib.

Son xəbərlər

Orphus sistemi