Şef de-mission: "Azərbaycan və Türkiyə millilərinə uğurlar arzulayıram"

Şef de-mission: "Azərbaycan və Türkiyə millilərinə uğurlar arzulayıram" Türkiyənin II Avropa Oyunlarındakı şef de-missionu Süleyman Şahinin Reportun Minskə ezam olunmuş əməkdaşına müsahibəsi
Avropa Oyunları
26 İyun , 2019 13:33
Şef de-mission: Azərbaycan və  Türkiyə millilərinə uğurlar arzulayıram

Türkiyənin II Avropa Oyunlarındakı şef de-missionu Süleyman Şahinin "Report"un Minskə ezam olunmuş əməkdaşına müsahibəsi 

- "Minsk 2019" II Avropa Oyunları barədə nə deyə bilərsiniz? Türkiyə ilk qızıl medalını qazandı. Yarış necə təşkil olunub?

- Çox gözəl hisslər keçiririk. Bunu bizə cüdoçumuzun Mikail Özerlerin qazandırması ikiqat sevinc hissləri yaşatdı. Çünki bu növ son zamanlar bizdə inkişaf edir. Özerler Türkiyə yığmasına yeni cəlb olunub. Sloveniyalı olsa da, bizim komandada çıxış edir. O, digər gənc cüdoçuların yetişməsi üçün heyətə cəlb olunub. Arzu edirəm ki, Azərbaycan komandası da tezliklə ilk qızıl medalını qazansın. II Avropa Oyunlarının açılışında da iştirak etdim. Bildiyiniz kimi, I Avropa Oyunları Bakıda keçirilib. Azərbaycan bizim dost və qardaş ölkəmizdir. Azərbaycan komandalarına hazırkı yarışda uğurlar arzulayıram. Çünki biz bir millət, iki dövlətik. Bir-birimizi ürəkdən sevən iki ölkəyik. II Avropa Oyunlarında Türkiyə 14 idman növündə 110 idmançı ilə təmsil olunur. İnanıram ki, burada idmançılarımız medalları qazanmaq üçün mübarizə aparacaq. Artıq bir neçəsi mübarizəyə qoşulub. Biz olimpiada üçün xal verən idman növlərində də daha iddialı şəkildə yarışacağıq. Bütün heyət yaxşı hazırlaşıb. Gənclər və idman nazirimiz Mehmet Muharrem Kasapoğlu atletlər kəndində Türkiyə millisini ziyarət edib. Bu idmançılara əlavə motivasiya verdi. Ümid edirəm ki, qarşıdakı yarışlarda Türkiyəni ən yaxşı şəkildə təmsil edəcəyik.

- II Avropa Oyunlarında Türkiyə olaraq hədəfiniz nədir?

- Hədəfimiz Bakıda qazandığımız 29 medaldan daha çoxunu əldə etməkdir. Medal sayını artırmaqla yanaşı, olimpiya idman növlərində lisenziya xallarını qazanmaq niyyətindəyik. Mən yaxşı təşkilatçılığa görə Belarusa təşəkkür edirəm. Təşkilatçılıq yüksək səviyyədədir. Ən əsası qonaqpərvərdirlər. Həm Azərbaycan, həm də Türkiyə millilərinə uğurlar arzulayıram.

- I Avropa Oyunları ilə müqayisə aparsanız təşkilat baxımından hansısa fərqi hiss edirsinizmi?

- Bakıdakı yarışa qatıla bilməmişəm. Amma mətbuatdan izlədim. Heyətdəki idmançılarla və federasiyaların prerzidentləri ilə görüşəndə xoş sözlər dedilər. Bakıda çox möhtəşəm açılış və bağlanış mərasimi olduğunu bildirdilər. Minskdə də açılış mərasimi yaxşı oldu. Azərbaycan son illər yaxşı yarışlara ev sahibliyi edir. Buna görə qardaş ölkə Azərbaycanı təbrik edirəm. Burada yaxşı çıxış etməyinizi arzulayırıq. 

Son xəbərlər

Orphus sistemi