Saymon Kleqq: "İnsanlar bir müddətdən sonra nəqliyyat sistemini, akkreditasiyaları deyil, idmançıların çıxışını xatırlayacaq"
- 01 iyul, 2015
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyul. REPORT.AZ/ “İlk Avropa Oyunlarına verdiyi töhfəyə görə, hər bir Ulduz Elçisinə təşəkkür edirəm. Oyunlara ayırdığınız diqqət sayəsində Azərbaycanlılarda bu Oyunlara baxmağa maraq oyatdınız”. “Report”un məlumatına görə, bunu “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib.
O bildirib ki, Oyunlarda uğurun əldə olunması yalnız BEGOC-un işi deyil: “Çünki insanlar bir müddətdən sonra nəqliyyat sistemini, akkreditasiyaları deyil, idmançıların çıxışını xatırlayacaq”.
Oyunlarla bağlı elçilərin gördüyü işlərdən danışan S.Kleqq zarafat etməyi də yaddan çıxartmayıb: “İki ildir ki, Azərbaycandayam və bir məsələni diqqətdə saxlamışam. Azərbaycanlılar qonaqlıqlara gecikirlər”.