​San Marino "Bakı 2015" üçün 3 idmançısını müəyyənləşdirib

​San Marino "Bakı 2015" üçün 3 idmançısını müəyyənləşdirib Onlardan 2-si cüdoçu, 1-i stolüstü tennisçidir
Avropa Oyunları
4 Mart , 2015 09:44
​San Marino Bakı 2015 üçün 3 idmançısını müəyyənləşdirib

Bakı. 4 mart. REPORT.AZ/ San Marinonun Olimpiya rəsmiləri öz idmançılarına "Bakı 2015" Avropa Oyunlarında iştirak üçün üç yer veriblər. "Report"un məlumatına görə, rəsmilər I Avropa Oyunlarında çıxış etmək məqsədilə 2 cüdoçu - Karim Qərbi və Cessika Zannoni və stolüstü tennisçi Letizia Giardini Bakıya göndərəcək.

Bu addıma səbəb üçlüyə "Rio 2016"da iştirak üçün vəsiqə imkanı yaratmaqdır.

K.Qərbi 2013-cü ildə Lüksemburqda keçirilmiş Kiçik Ölkələrin Oyunlarında 100 kq çəkidə qızıl medal qazanıb. 23 yaşlı idmançı, həmçinin 2012-ci ilin martında Malta Beynəlxalq Açıq Çempionatında da birinci yeri tutub.

30 yaşlı C.Zannoni Kiçik Ölkələrin Oyunlarında 1999-cu və 2001-ci illərdə 70 kq çəkidə və 2003-cü ildə 63 kq-da gümüş medallar qazanıb. 2014-cü ilin noyabrında qadın cüdoçu İtaliya çempionatında 78 kq çəki dərəcəsində üçüncü yeri tutub.

L.Giardi isə bu mövsüm Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Cadet Circuit” yarışlarında iştirak edib və San Marinodan İtaliya çempionatına vəsiqə qazanan üç idmançınınn biri olub.

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi