​Rusiyalı üzgüçü medalların sayına görə Avropa Oyunlarında rekord vurub

​Rusiyalı üzgüçü medalların sayına görə Avropa Oyunlarında rekord vurub Mariya Kamenevanın hesabında 9 mükafat var
Avropa Oyunları
27 İyun , 2015 21:45
​Rusiyalı üzgüçü medalların sayına görə Avropa Oyunlarında rekord vurub

Bakı. 27 İyun. REPORT.AZ/ Bakıda müxtəlif nailiyyətlərə görə 9 mükafata sahib olan rusiyalı üzgüçü Mariya Kameneva qazanılmış medalların sayına görə I Avropa Oyunlarında rekord vurub.

"Report" xəbər verir ki, 16 yaşlı idmançı üzgüçülük yarışlarının son günündə qadınlar arasında 100 metr məsafəyə arxası üstə üzmək üzrə gümüş medal qazanıb.

Bundan əlavə Rusiya yığmasının 4x200m sərbəst ötürmədə birinci yeri tutması sayəsində Kamenovanın hesabına daha bir medal əlavə olunub.

Beləliklə rusiyalı atlet Avropa Oyunlarını 6 qızıl, 1 gümüş və 2 bürünc medal ilə başa vurub.

Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi