Yuxarı

​Rusiyalı gimnast Aliyə Mustafina "Bakı-2015"dən sonra müayinə üçün Almaniyaya yollanacaq

Biz tam əmin olmalıyıq ki, Aliyə sağlamdır

Bakı. 16 İyun. REPORT.AZ/ Rusiyanın qadınlardan ibarət idman gimnastikası üzrə yığma komandasının lideri, Olimpiya çempionu Aliyə Mustafina Bakıda keçirilən I Avropa Oyunlarından sonra Almaniya klinikalarından birində planlı tibbi müayinədən keçməyə yollanacaq.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya milli komandasının məşqçisi Valentina Rodionenko bildirib.

"Bu, planlı tibbi müayinə olacaq. İndi Aliyədə hər şey qaydasındadır. Bakıda keçirilən yarışlar göstərir ki, o əməli olaraq bütün zədələrdən qurtulub. Lakin biz tam əmin olmalıyıq ki, Aliyə sağlamdır və ciddi məşq yükünün altına girə bilər. Bunu Qlazqoda keçiriləcək Dünya çempionatına ciddi hazırlıq öncəsi bilmək çox vacibdir" , - deyə Rodionenko bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi