Bakı. 10 İyun. REPORT.AZ/ Rusiyanın 12-28 iyun tarixlərində Bakıda baş tutacaq Avropa Oyunlarında iştirak edəcək qadın və kişilərdən ibarət voleybol yığmalarının yekun heyətləri məlum olub.
"Report" xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının rəsmi saytında məlumat dərc olunub.
Rusiyanın qadınlardan ibarət yığma komandası qrup mərhələsində Niderland, Bolqarıstan, Xorvatiya, Almaniya və Serbiya ilə yarışacaq. Komandanın tam tərkibi aşağıdakı kimidir:
Oyun qurucuları - Anna Matienko, İrina Filiştinskaya;
Diaqonalçılar - Anastasiya Bavıkina, Darya İsayeva;
Blok qurucuları - İrina Zaryajko, İrina Malkova, Yuliya Podskalnaya;
Hücumçular - İrina Voronkova, Olesya Nikolayeva, Darya Pisarenko, Anastasiya Çyornaya;
Libero - Yekaterina Romanenko, Kristina Kurnosova.
Kişilərdən ibarət Rusiya yığmasının heyəti:
Oyun qurucuları - İqor Kobzar, Dmitri Kovalyev;
Diaqonalçılar - Maksim Jiqalov və Viktor Poletayev;
Blok qurucuları - İlya Vlasov, İvan Demakov, Aleksandr Kimerov, İqor Filippov;
Hücumçular - Dmitri Volkov, Aleksandr Markin, Yeqor Klüka, Sergey Nikitin;
Libero - Aleksey Kabeşov, Roman Braqin.