Eyni zamanda iclasda EOC prezidenti Patrik Hikki, baş katib Rafaele Panyotsini, İOC-un baş katibi Qunilya Lindberq, Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, EOC-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrləri hesabat məruzələri edəcəklər.
Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun Bakı-2015 Avropa Oyunları barədə məlumatı və Əməliyyat Komitəsinin (BEGOC) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Asssambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Norivski” adına mükafatlar da təqdim olunacaq.
Qeyd edək ki, Baş Assambleyadan bir gün əvvəl - noyabrın 20-də “Fairmont Baku Flame Towers” otelində EOC İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıl başa catdıqdan sonra noyabr ayının 22-də saat 13:00-da isə mətbuat konfransı təşkil olunacaq.