“Minsk 2019”: Azərbaycanın qadın güləşçiləri iki qızıl, iki bürünc medal qazanmaq şansı əldə edib - FOTO - YENİLƏNİB-2

“Minsk 2019”: Azərbaycanın qadın güləşçiləri iki qızıl, iki bürünc medal qazanmaq şansı əldə edib - FOTO - YENİLƏNİB-2 Azərbaycanın daha bir qadın güləşçisi Sabirə Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
Avropa Oyunları
27 İyun , 2019 19:43
“Minsk 2019”: Azərbaycanın qadın güləşçiləri iki qızıl, iki bürünc medal qazanmaq şansı əldə edib  - FOTO - YENİLƏNİB-2
Report

Azərbaycanın daha bir qadın güləşçisi Sabirə Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 76 kq çəki dərəcəsində yarışan idmançı almaniyalı Frensi Raedeltlə ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Əliyeva bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Elmira Qəmbərova (62 kq) final görüşünə vəsiqəni təmin edib. Onlar həlledici dueldə müvafiq olaraq ukraynalı idmançılarla - Oksana LivaçYuliya Tkaçla güləşəcəklər.

1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək. Medal görüşləri sabah keçiriləcək.


*** 19:29

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 62 kq çəki dərəcəsində yarışan idmançı rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Qarşılaşmada qələbə qazanan (4:1) Azərbaycan güləşçisi finala yüksəlib.

1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, bu gün Sabirə Əliyeva (76 kq) da yarımfinal görüşünə çıxacaq. Mariya Stadnik (50 kq) öncədən finala vəsiqəni təmin edib.


*** 19:08

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı yarımfinalda türkiyəli Evin Demirhan ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 6:1.

Qeyd edək ki, bu gün həmçinin Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyeva da yarımfinal görüşlərinə çıxacaq. Stadnikin həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq.

Son xəbərlər

Orphus sistemi