"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar Azərbaycanın cüdo üzrə qarışıq komandası “Minsk 2019” II Avropa Oyunlarında çıxışlarını başa vurublar.
Avropa Oyunları
175
25 İyun , 2019 12:10
Minsk 2019: Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

Azərbaycanın cüdo üzrə qarışıq komandası “Minsk 2019” II Avropa Oyunlarında çıxışlarını başa vurublar.

“Report” xəbər verir ki, yığma 1/8 finalda Fransa kollektivinə 0:4 hesabı ilə uduzub. Bununla da Azərbaycan cüdoçuları Oyunlarla vidalaşıblar.

Qeyd edək ki, hesabından 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 24-cü pillədədir. Bunlardan 5-ni cüdoçular qazanıb. Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib. 

Son xəbərlər

Orphus sistemi