“Minsk 2019”: Azərbaycan badmintonçusu qələbə qazanaraq 1/8 finala yüksəlib

“Minsk 2019”: Azərbaycan badmintonçusu qələbə qazanaraq 1/8 finala yüksəlib Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında ikinci oyununu keçirib.
Avropa Oyunları
25 İyun , 2019 20:57
“Minsk 2019”: Azərbaycan badmintonçusu qələbə qazanaraq 1/8 finala yüksəlib

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında ikinci oyununu keçirib.

"Report"un məlumatına görə, şəxsi yarışlarda G qrupunda mübarizə aparan idmançı Lüksemburq təmsilçisi Robert Mannla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan badmintonçusunun 2:0 (21-15,21-18,) hesablı qələbəsi ilə bitib. O, bu nəticədən sonra 1/8 finala vəsiqəni öncədən təmin edib.

Qeyd edək ki, Ezmi Qovimuramadhon iyunun 26-da rusiyalı Vladimir Malkovla qarşılaşacaq. O, ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimonu 2:1 hesabı ilə məğlub etmişdi. 

Son xəbərlər

Orphus sistemi