Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.
"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir.
Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.
Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.
Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq.