Məmmədəli Mehdiyev: "Yarımfinalda öz səhvimdən məğlub oldum"
Avropa Oyunları
- 28 iyun, 2019
- 07:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Hədəfim çempion olmaq idi. Ancaq elə alındı ki, bürünc medalla kifayətlənməli oldum. Çalışacağam ki, qarşıdakı yarışlarda daha inamlı təsir bağışlayım".
"Report" xəbər verir ki, bu fikirləri II Avropa Oyunlarında bürünc medal qazanan cüdoçu Məmmədəli Mehdiyev söyləyib.
90 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, rəqibləri çox güclü olub: " Təəssüflər olsun ki, yarımfinalda öz səhvimdən məğlub oldum. Düzdür, rəqibimdən o fəndi gözləmirdim. Bir məsələni vurğulamaq istəyirəm. Şəxsən mənə görə, ölkəmizdə keçirilən Avropa Oyunları daha möhtəşəm idi".
Mehdiyev deyib ki, qarşıdan gələn dünya çempionatına daha motivasiyalı hazırlaşacaq.
Son xəbərlər
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region