Bakı. 18 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Milli Gimnastika Arenasında idman gimnastikası üzrə kişilər arasında fərdi yarışlara yekun vurulub. "Report" xəbər verir ki, Azərbaycanı təmsil edən Oleq Stepko 89.065 xalla ikinci yerə tutaraq gümüş medal qazanıb. Ukrayna gimnastı Oleq Vernyayev 90.332 xalla qızıl, Rusiya təmsilçisi Nikita İqnatyev isə 87.365 xalla bürünc medala sahib olub.
*** 19:39
"Bakı 2015" I Avropa Oyunlarında Milli Gimnastika Arenasında idman gimnastikası üzrə qadınlar arasında fərdi yarışlara yekun vurulub. "Report" xəbər verir ki, Rusiyanı təmsil edən Aliyə Mustafina 58.566 xalla qızl medalın sahibi olub. İsveçrəli Giulia Steyngruber 56.699 xalla gümüş, Niderland təmsilçisi Lieke Vevers isə 55.065 xalla bürünc medallara yiyələniblər.
Azərbaycanı təmsil edən Marina Nekrasova 50.098 xalla 15-ci yerdə qərarlaşıb.
*** 19:02
Azərbaycan gimnastı Oleq Stepko kişilər arasında halqalar üzrə hərəkətlərdə yüksək nəticə göstərərək hesabındakı xalları 44.533 çatdırıb. "Report" xəbər verir ki, son nəticələrə görə həmyerlimiz birinci yerdə qərarlaşıb
*** 18:31
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə fərdi yarışların final mərhələsinə start verilib.
"Report" xəbər verir ki, kişilər 6, qadınlar isə 4 növ gimnastik hərəkətlər üzrə medallar uğrunda mübarizə aparırlar. Ilkin nəticələrə görə, Azərbaycan gimnastı Oleq Stepkonun hesabında 14.600 xal var və o, ilk üçlükdə yer alır.