I Avropa Oyunlarının məşəli Füzuli rayonuna gətirilib - FOTO

I Avropa Oyunlarının məşəli Füzuli rayonuna gətirilib - FOTO Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində bayraq meydanında qarşılanıb
Avropa Oyunları
7 May , 2015 20:29
I Avropa Oyunlarının məşəli Füzuli rayonuna gətirilib - FOTO

Bakı. 7 may. REPORT.AZ/ Bu gün I Avropa Oyunlarının məşəli Füzuli rayonunun Horadiz şəhərinə gətirilib. "Report"un məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 19:30-da start götürüb.

Məşəli qəbul edən Füzuli rayonu Qazaxlar kənd orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov 10 nəfər həmkarı ilə birgə yürüşü davam etdirib. 4300 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən müəllimlər məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. 

Horadiz şəhər 3 saylı orta məktəbin idman müəllimi Rövşən Ələsgərov məşəli meydanda qurulan səhnəyə qaldıraraq simvolik çırağı alovlandırması ilə festival başlayıb.

Qeyd edək ki, I Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi