Bakı. 30 may. REPORT.AZ/ Mayın 30-da respublikanın daxili işlər naziri, general-polkovnik
Daha sonra nazir Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) yeni inzibati binasının açılışında iştirak edib.
Yeni tikilinin əsas parametrləri barədə nazirə məlumat verilib. Qeyd olunub ki, inşasına ötən ilin aprelində başlanmış ümumi sahəsi 2 458, digər yardımçı tikililərlə bərabər isə 3 108 kvadratmetr olan dördmərtəbəli inzibati binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 68 xidməti otaq, 125 yerlik akt zalı var. Burada mərkəzi ventilyasiya və istilik sistemləri, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr inşa edilib. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Daxili işlər naziri növbətçi hissə, xidməti otaqlar, akt zalı, Müvəqqəti Saxlama Yeri ilə yaxından tanış olub, ulu öndər
Daha sonra Ramil Usubov akt zalında Şöbənin şəxsi heyəti ilə görüşüb, tapşırıq və tövsiyələrini verib.
Nazir əmin olduğunu bildirib ki, Mingəçevir ŞPŞ-nin əməkdaşları buna əməli işlə cavab verəcək, I Avropa Oyunlarına aid avarçəkmə yarışlarının keçiriləcəyi bu şəhərdə asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəklər.
Yeni inzibati binanın açılışında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak edib.